"Hüquqi biliklərin əsası" kursuna sənəd qəbulu başladı.

vekilbursu"Vəkil Bürosu" MMC həmişə olduğu kimi, yenə də insanların hüquqi maarifləndirilməsi sahəsində fəaliyyətini davam etdirir.

Bu məqsədlə MMC-nin nəzdində qeyri-hüquqşünaslar üçün "hüquqi biliklərin əsası" adlı bir illik tədris kursu fəaliyyət göstərir. Kursda əsasən Mülki, Cinayət, Ailə, Mənzil, Əmək Məcəlləsi və hüququn digər sahələri tədris olunur. Dinləyicilərin məhkəmə proseslərində iştirakı təmin edilir. 

Kursu uğurla bitirənlərə sertifikat təqdim olunacaq. Tədrisi başa vuranlar müstəqil olaraq məhkəmələrdə və hüquq-mühafizə orqanlarında özlərinin və yaxınlarının hüquqlarını müdafiə edə biləcəklər. 

Sənədlərin qəbulu 01 avqust 2016-ci il tarixindən 30 avqust 2016-cı il tarixinədək davam edəcək. 

Dərslər 2016-cı il sentyabrın 1-dən başlayır. Qeydiyyata alındıqdan sonra dərslərin keçirilməsi vaxtı barədə iştirakçılara əlavə məlumat veriləcək. 

Tədris ödənişlidir. Təhsil haqqı hər ay üçün 150 (yüz əlli) manat müəyyən edilmişdir. Təhsilindən asılı olmayaraq hər kəs kursda iştirak edə bilər. Dərslər həftədə iki dəfə, hər dərs saat yarım olmaqla "Vəkil Bürosu" MMC-nin ofirində tədris olunacaq. 

Ünvan: Yasamal Rayonu Şəfayət Mehtiyev küçəsi 93, 5-ci mərtəbə, 2-ci otaq (Dövlət Əmlak Komitəsinin yanındakı "Azəraqrartikinti"nin binası).

Maraqlananlar aşağıdakı telefon nömrəsi və ya email vasitəsilə əlaqə saxlaya bilərlar.

055 694 23 12

Email: aliyevaarzu@gmail.com

"Vəkil Bürosu" MMC


Xəbər 762 dəfə oxunub | Tarix: 2016-08-18
Reklam
Reklam
Reklam