Vakansiya: MƏHMƏKƏ İŞLƏRİ ÜZRƏ HÜQUQŞÜNAS

fincajpg“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofisi üçün MƏHMƏKƏ İŞLƏRİ ÜZRƏ

HÜQUQŞÜNAS vəzifəsinə işçi axtarışı elan edir.

Bu vəzifənin əsas məqsədi məhkəmə və mülki işlərin idarə edilməsi, təşkilat daxilində əməliyyatların hüquqi

dəstəklənməsidir.

Əsas vəzifə öhdəlikləri:

• Təşkilatın fəlsəfəsini və məqsədlərini başa düşmək və dəstəkləmək;

• Öz bacarıqları daxilində Hüquq Departamentinin Rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin

təşkilatın qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;

• Bütün fəaliyyətini təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;

• Təşkilatın tərəf olduğu mübahisələr üzrə iddia ərizələrinin, şikayətləri, vəsatətləri və digər sənədləri

hazırlamaq və məhkəməyə təqdim etmək;

• Təşkilatı məhkəmələrdə və digər dövlət idarə, müəssisə və təşkilatlarda, o cümlədən hüquq mühafizə

orqanlarında təmsil etmək;

• Hüquq Departamentinin Rəhbəri tərəfindən qoyulan digər müvafiq tapşırıqları vaxtında icra etmək.

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab

verməlidirlər:

• Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi olanlara üstünlük veriləcək);

• Hüquq sahəsi üzrə azı bir il iş tcərübəsinə və yaxud yüksək təhsil göstəricilərinə malik olmaq;

• Mülki, mülki-prosessual, ipoteka haqqında, həmçinin bank qanunvericiliyini mükkəməl bilmək;

• Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq (İngilis və Rus dillərini bilmək

arzuolunandır);

• Regionlara səfər etmək imkanına malik olmaq;

• Microsoft və ofis proqramlarını mükəmməl bilmək;

• Təşkilat və onun missiyasına yüksək sadiqlik;

• Əla şəxsi keyfiyyətlər;

• Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək

dürüstlük keyfiyyətləri.

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn

əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı

recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının

nömrəsini (№029/16) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edə bilərsiniz:

Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.

Tel: (012) 596 33 85\86\87;

“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.finca.az web səhifəsindən əldə edə bilərsiniz.


Xəbər 884 dəfə oxunub | Tarix: 2016-04-15
Reklam
Reklam
Reklam