Diaspor jurnalisti Vüqar Abbasov Niderland mediasına müraciət edib

djbSon hadisələr, Ermənistan ordusunun işğal etdikləri ərazilərimizdən ordumuzun

mövqelərini atəşə tutması xarici mətbuatda da öz əksini tapıb. Bu dəfə hər

zamankından bir qədər yumşaq mövqe tutan Qərb mediası təəssüf ki, bəzi

məqamlarda yenə də xeyrimizə olmayan, həqiqəti əks etdirməyən ifadələr işlədib.

Niderlandda yaşayan soydaşımız, Niderland Jurnalistlər Birliyinin üzvü, “Connect”

təşkilatının sədri Vüqar Abbasovun dediyinə görə sözü gedən mövzu ilə bağlı

Niderland mətbuatında gedən əksər yazılarda Qarabağ anklav ərazi kimi göstərilib.

Bu və digər düzgün olmayan məlumatlara etiraz etmək üçün həmyerlimiz

Niderlandın əksər qəzet və televiziyalarına müraciət ünvanlayıb. Müraciətdə

Qarabağın anklav ərazi olmadığı, Ermənistan ordusunun Dağlıq Qarabağ və işğal

etdikləri digər yeddi rayonu azad etməli olduğu öz əksini tapıb. Daha sonra

həmyerlimiz BMT – nin məlum dörd qətbnaməsinə və Avropa Parlament

Assembeleyasının sədrinin Ermənistan ordusunun Dağlıq Qarabağ və işğal

etdikləri digər rayonları tərk etməyə çağrış bəyanatına da diqqət çəkib. Rusiyanın

əvvəllər Sovet ittifaqına daxil olan dövlətlərdə, Ukraynada, Gücüstanda,

Moldaviyada etdiklərinə, törətdikləri vəhşiliklərə diqqət çəkən soydaşımız Qarabağ

probleminin də əslində Ermənistanın əli ilə Rusiyanın yaratdığını vurğulayıb. Sözü

gedən müraciət bu günlərdə Niderlandda yayımlanan http://wereldjournalisten.nl

saytında yayımlanıb. Qeyd edək ki, həmyerlimiz bu günlərdə həmən saytda

jurnalist kimi fəaliyyətə başlayıb.

Yazının linkini sizlərə təqdim edirik:

 

http://wereldjournalisten.nl/artikel/2016/04/12/nagorno_karabach_of_dagliq_qarabach/

 

DJB-nin Mətbuat xidməti


Xəbər 449 dəfə oxunub | Tarix: 2016-04-14
Reklam
Reklam
Reklam