Xaricdə təhsil üzrə innovativ online proqram

hungaryXaricdə təhsil almaq istəyən tələbələrin qarşılaşdıqları ilk çətinlik ixtisas və universitetin

düzgün seçilməsi olur. Belə ki, tələb olunan ixtisasların məhz hansı Avropa universitetlərdə

olmasını müəyyən etmək üçün tələbələr əksər hallarda eyni anda bir neçə internet

resurslarında axtarışlar etməli olurlar. Bu cür qarışıq ixtisas və universitet axtarışı tələbələri, o

cümlədən valideynləri yorur və onların vaxtını alır.

Göstərilən problemin həlli üçün Macarıstan universitetlərinin rəsmi nümayəndəliyi olan

“Study Hungary” layihəsi özünün yeni innovativ online proqramını təqdim edib. Cəmi 1

səhifədən ibarət olan www.macaristanda.pe.hu saytında tələbələr üçün faydalı olan ixtisas

seçmə proqramı yerləşdirilmişdir. Tələbələr öz adını, soyadını və digər məlumatlarını online

sistemə daxil edib onları maraqlandıran təhsil pilləsini, daha sonra isə ixtisasları seçə bilərlər.

Daha sonra isə “ətraflı məlumatı göstər” düyməsi basılır. Beləliklə də, tələbəni maraqlandıran

ixtisas barədə ən vacib məlumatlar online sistem tərəfindən tələbəyə göstəriləcək. Həmin

məlumatda seçilən ixtisas üzrə təhsil haqqı, təhsilin müddəti, təhsilin dili, universitet barədə

məlumat və sənədlərin verilməsi üçün son tarix olacaq.

Bu online innovativ www.macaristanda.pe.hu proqramı təkcə tələbələr üçün deyil, həm

də xaricdə təhsil xidməti göstərən şirkətlər və öz övladını xaricdə təhsil almasını istəyən

valideynlər üçün tövsiyyə olunur.

h1

 

h2

h3

h4


Xəbər 569 dəfə oxunub | Tarix: 2016-04-14
Reklam
Reklam
Reklam