Azərbaycanlı alim nüfuzlu “Jean Monnet Kürsüsü Sahibi” mükafatına layiq görülmüşdür

47dc4dfc-7ed3-404f-b901-944485ba0f38Xəzər Universiteti Siyasi elm və beynəlxalq münasibətlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Muxtar Hacızadə elmi-pedaqoji fəaliyyəti və Avropa inteqrasiyası ixtisasının tədrisi üzrə peşəkarlığı sayəsində dünya miqyasında nüfuzlu "Jean Monnet Kürsüsü Sahibi" tituluna layiq görülmüşdür. "Jean Monnet Kürsüsü Sahibi" elmi-pedaqoji titul olmaqla Avropaşünaslıq üzrə ixtisaslaşan dünya alim və pedaqoqlarının apardığı tədrisin keyfiyyəti və innovativliyini qiymətləndirməyə xidmət edir.

"Jean Monnet Kürsüsü Sahibi" mükafatı alimlərin Avrointeqrasiyaya aid tədris və araşdırmalarını dəstəkləmək məqsədilə qlobal səviyyədə keçirilən beynəlxalq müsabiqə əsasında Avropa Komissiyası tərəfindən üç illik bir müddətə verilir.

Muxtar Hacızadə "Jean Monnet Kürsüsü Sahibi" mükafatını alan ilk və yeganə azərbaycanlıdır. Mükafat, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 18 mart 2016-cı il tarixində dövlət qeydiyyatına (qeydiyyat nömrəsi: 13/16/1112-A7-477/X/B1) alınmışdır.


Xəbər 444 dəfə oxunub | Tarix: 2016-03-30
Reklam
Reklam
Reklam