Macarıstana 200 nəfərlik təqaüd proqramına müraciət edənlərin nəzərinə!

study in_hungary_original1Məlum olduğu kimi Macarıstanın əcnəbi tələbələrə, o cümlədən 200 Azərbaycanlı tələbəyə nəzərdə tutduğu Stipendum Hungaricum proqramına sənəd qəbulu başa çatmışdır. Elektron qeydiyyatı düzgün şəkildə tamamlamış və müraciət etdikləri ali təhsil müəssisələrinin ümumi tələblərinə cavab verən namizədlər onlarla fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar. Müsahibələri Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirəcək.

Yəqin Sizi də ən çox maraqlandıran sual budur: Mənə müsahibədə hansı suallar veriləcək? Belə həssas məqamda Macarıstanda təhsillə peşəkarcasına məşğul olan Study in Hungary xidməti tələbələrə növbəti dəfə yardım etməyə hazırdır. Belə ki, bizim bir neçə illik tərcübəmiz əsasında onlarla tələbə bu nazirlikdə xaricdə təhsillə bağlı müxtəlif növ müsahibədən keçmişdir. 2015-ci ildə bu proqramla Macarıstanda təhsil üçün yola düşmüş əksər Azərbaycanlıları şəxsən tanıyırıq. Bununla da keçmiş təcrübə əsasında namizədlərə hansı sualların verilə biləcəyi barədə bizdə zəngin və faydalı təcrübə yaranmışdır. Əgər Siz də təqaüdə müraciət etmisinizsə, bunu bizə e-mail yazaraq bildirməyiniz xahiş olunur. Biz də Sizə hansı sualların verilə biləcəyi barədə məlumat göndərməyə çalışacayıq.

Qeyd edək ki, müsahibə barədə e-mail vasitəsilə ümumi konsultasiya xidmətimiz ödənişsizdir.

Bizə yazarkən e-mailinizə xarici pasportunuzu yükləyin və təhsil almaq üçün hər 3 seçiminizi aydın şəkildə bizə yazın. Seçiminizi qeyd edərkən ali məktəbin tam adı, gələcək ixtisasınız və oxumaq istədiyiniz təhsil dərəcəsi (bakalavr, magistratura və ya doktorantura) qeyd olunmalıdır.

office@study-hungary.com


Xəbər 549 dəfə oxunub | Tarix: 2016-03-30
Reklam
Reklam
Reklam