"HR Professional" kursu

hrBarattson School of Business & Finance peşəkar təlimlərin təşkili üzrə uğurlu təcrübəsinə əsaslanaraq sayca artıq 3-cü "HR Professional" kursuna start verir!

Əvvəlki HR Professional kurslarımızın foto hesabatı ilə növbəti linkdə tanış ola bilərsiniz: 

https://www.facebook.com/media/set/?set=a.417504108449342.1073741981.246652635534491&;type=3

https://www.facebook.com/media/set/?set=a.430023307197422.1073742021.246652635534491&;type=3

Tarix: 17 Fevral - 18 May 2016-cı il
Müddət: 27 gün / 54 saat 
Gün: Çərşənbə və Şənbə 
Vaxt: 19:00-21:00
Tədris dili: Azərbaycan dili
Qiymət: 495 AZN (hissəli ödəniş mümkündür)

Kursun məqsədi:

İnsan resurslarının idarə edilməsi üzrə praktiki biliklərin öyrədilməsi yolu ilə insan resurslarının müxtəlif sahələri üzrə peşəkarların hazırlanması.

Kimlər qatıla bilər:

İnsan resursları üzrə ixtisaslaşmaq istəyən şəxslər və ya insan resursları sahəsində çalışan digər şəxslər.

İştirakçılar nə öyrənəcək?

Kurs vəzifə tələblərinin (səriştəlik və kvalifikasiya) və optimal ştatın müəyyən edilməsi, insan resursuna olan ehtiyacın təmin olunması üçün namizədlərin cəlbi, seçimi və yerləşdirilməsi proseslərinin aparılma qaydası, insan kapitalının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətlərinin effektiv qurulması, şirkət hədəflərinə, proses effektivliyinə və səriştəlik sisteminə uyğun işçi performansının idarə edilməsi prosesinin qurulması, əmək haqqı və imtiyazların təyini, effektiv idarə edilməsi və münbit şəraitin təmin olunması üçün əməyin sağlamlığı və təhlükəsizliyi (iş yerlərinin attestasiyası, risklərin idarə edilməsi) kimi insan resurslarının bütün funksiyalarının sistem və qanunvericilik tərəfləri üzrə nəzəri və praktiki biliklərinin tədrisini əhatə edir.

Hansı mövzular əhatə olunur?

1. İnsan resurslarının idarə edilməsinə giriş

• İnsan resurslarının idarə edilməsi və tarixi formalaşması
• İnsan resurslarının müəssisədə strateji əhəmiyyəti
• İnsan resurslarının müəssisənin digər funksiyaları ilə əlaqəsi
• İnsan resursları ilə kadrların idarə edilməsi arasındakı fərq 
• İnsan resurslarının ifadə etdiyi anlayışlar və sertifikatlaşdırma
• İnsan resurslarının funksiyaları (işə qəbul, öyrənmə, inkişaf və s.) və onların bir-biri ilə əlaqəsi
• Performans ölçmələri və onun növləri
• Proses anlayışı və iş axış diaqramlarının hazırlanma qaydası
• Siyasət, strategiya, əsasnamə, prosedur, təlimat və şirkətin təşkilatlanması ilə bağlı sənədlər

2. İnsan resurslarının planlaşdırılması

• İş analizi, növləri və aparılma qaydası
• Səriştəlik (kompetensiya) anlayışı, növləri, modeli və xəritələnməsi
• Kvalifikasiya tələblərinin müəyyən edilməsi qaydası
• Kritik vəzifələrin təyin olunması qaydası
• Vəzifə təlimatlarının (vəzifə/rol profili) hazırlanması
• Əmək normalarının işlənməsi və tətbiqi yolları
• Ştat cədvəlinin və optimal ştatın hazırlanması
• İnsan resurslarının planlaşdırılması ilə bağlı ölçülərin/metrikslərin (kadr axını, davamiyyət və s.) idarə edilməsi
• İş qrafiklərinin hazırlanması
• İşçilərin davamiyyətinin idarə edilməsi
• İşin qiymətləndirilməsi və dərəcələndirmənin üsulları
• İnsan resursları planlaşdırılması ilə insan resurslarının digər funksiyaları arasında birbaşa və dolaylı əlaqə
• İnsan resurslarının ehtiyac planının hazırlanması
• İnsan resurslarının planlaşdırılması prosesi və axış diaqramlarının hazırlanması
• İnsan resurslarının planlaşdırılması ilə bağlı tənzimləyici (prosedur, qayda və s.) sənədlər
• İnsan resursları ilə bağlı əmək qanunvericiliyinin tələbləri və sənədləşdirilməsi qaydası

3. Namizədlərin cəlbi, seçimi və yerləşdirilməsi (işə qəbul)

• Namizədlərin cəlbi prosesi və aparılma qaydası
• Səriştəlik əsaslı işə qəbulun aparılma qaydası
• Namizədlərin seçiminin növləri və mərhələləri
• Ədalətli seçim prosesi üçün olmazsa-olmaz şərtlər
• İşçilərin yerləşdirilməsi və onların işə hazırlanması ilə əlaqəsi
• İşə qəbul ilə bağlı ölçülərin (vakansiyaların doldurulma tezliyi və s.) idarə edilməsi
• İşə qəbul ilə insan resurslarının digər funksiyaları arasında birbaşa və dolaylı əlaqə
• İşə qəbul prosesi və axış diaqramlarının hazırlanması
• Əmək müqavilələrinin hazırlanma qaydası
• İşə qəbul ilə bağlı tənzimləyici (prosedur, qayda və s.) sənədlər
• İşə qəbul ilə bağlı əmək qanunvericiliyinin tələbləri və sənədləşdirilməsi qaydası

4. Öyrənmə və inkişaf

• İşçilərin hazırlanması (onboarding) və oriyentasiya proqramı arasında əlaqə
• İşçilərin hazırlanması və oriyentasiya proqramının hazırlanması və izlənməsi qaydası
• Öyrənmə modeli və mərhələləri
• Öyrənmənin növləri və effektiv tətbiqi qaydaları
• Öyrənmə ehtiyaclarının analizi
• Effektiv öyrənmə prosesinin hazırlanması
• Öyrənmə proqramının effektivliyinin ölçülməsi
• Səriştəlik əsaslı öyrənmə və inkişaf
• Karyeranın planlaşdırılması
• Kritik vəzifələr və davamçının hazırlanması qaydası
• Karyera xəritələrinin hazırlanması qaydası
• Karyeranın effektiv idarə edilməsi
• İstedadların təyini və davamçıların hazırlanması
• Öyrənmə və inkişaf ilə bağlı ölçülərin idarə edilməsi
• Öyrənmə və inkişaf ilə insan resurslarının digər funksiyaları arasında birbaşa və dolaylı əlaqə
• Öyrənmə və inkişaf prosesi və axış diaqramlarının hazırlanması
• Öyrənmə və inkişaf ilə bağlı tənzimləyici (prosedur, qayda və s.) sənədlər
• Öyrənmə və inkişaf ilə bağlı əmək qanunvericiliyinin tələbləri və sənədləşdirilməsi qaydası

5. İşçi fəaliyyətinin idarə edilməsi (Performance Management)

• Performans anlayışı və standartların təyini
• Hədəf, proses və səriştəlik əsaslı performansın idarə edilməsi
• Performansın qiymətləndirilməsi üsulları (360 dərəcə qiymətləndirmə, BSC, qrafik qiymətləndirmə və s.)
• Performans idarəetməsi ilə insan resurslarının digər funksiyaları arasında əlaqə
• Performans idarə etməsi və İşçilərin attestasiyası
• İşçilərin attestasiyasının aparılma qaydası
• Performans idarə etməsi ilə bağlı ölçülərin idarə edilməsi
• Performans idarə etməsi ilə insan resurslarının digər funksiyaları arasında birbaşa və dolaylı əlaqə
• Performans idarə etməsi prosesi və axış diaqramlarının hazırlanması
• Performans idarə etməsi ilə bağlı tənzimləyici (prosedur, qayda və s.) sənədlər
• Performans idarə etməsi və işçilərin attestasiyası ilə bağlı əmək qanunvericiliyinin tələbləri və sənədləşdirilməsi qaydası

6. Əmək haqqı, əmək haqqına bərabər tutulan ödənişlər və imtiyazlar (C&B)

• Əmək haqqı, sistemləri və onun növləri
• Əmək haqqının hesablanması (vaxta muzd, işə muzd, sərbəst, zərərlilik və s.) qaydası və ödənilməsi
• Əmək haqqı və iş yerlərinin attestasiyası ilə əlaqəsi
• İmtiyazlar və onların növləri
• Motivasiyanın növləri və effektiv tətbiqi qaydaları
• Məzuniyyətlər, növləri və hesablanma qaydası
• Mükafatlandırma ilə bağlı ölçülərin idarə edilməsi
• Əmək haqqı və imtiyazlar (mükafatlandırma) ilə insan resurslarının digər funksiyaları arasında birbaşa və dolaylı əlaqə
• Əmək haqqı və imtiyazlar prosesi və axış diaqramlarının hazırlanması
• Əmək haqqı və imtiyazlar ilə bağlı tənzimləyici (prosedur, qayda və s.) sənədlər
• Əmək haqqı və imtiyazlar ilə bağlı əmək qanunvericiliyinin tələbləri və sənədləşdirilməsi qaydası

7. İşçilərlə əlaqələr

• Əməyin sağlamlığı və təhlükəsizliyinə giriş 
• Risk idarə edilməsinə giriş
• Əməyin sağlamlığı, təhlükəsizliyi və risklərin idarə edilməsi (risklərin müəyyən olunması, risk profillərinin hazırlanması, risklərin qiymətləndirilməsi və s.) arasında əlaqə
• İş yerlərinin attestasiyası və aparılma qaydası
• Ezamiyyətlər və onların idarə edilməsi
• Əməyin sağlamlığı, mühafizəsi, təhlükəsizliyi ilə insan resurslarının digər funksiyaları arasında birbaşa və dolaylı əlaqə
• Əməyin sağlamlığı, mühafizəsi, təhlükəsizliyi prosesi və axış diaqramlarının hazırlanması
• Əməyin sağlamlığı, mühafizəsi, təhlükəsizliyi ilə bağlı tənzimləyici (prosedur, qayda və s.) sənədlər
• Əməyin sağlamlığı, mühafizəsi, təhlükəsizliyi ilə bağlı əmək qanunvericiliyinin tələbləri və sənədləşdirilməsi qaydası

Kursun səmərələri:

İştirakçılar insan resursları üzrə biliklərini artıraraq insan resurslarının müxtəlif istiqamətləri (insan resurslarının planlaşdırılması, işə qəbul, öyrənmə və inkişaf, karyeranın idarə edilməsi, əmək haqqı və imtiyazlar, işçi fəaliyyətinin (performansın) idarə edilməsi, əməyin mühafizəsi və texniki təhlükəsizlik) üzrə ixtisaslaşmaq üçün ən zəruri bilik və tətbiqi təcrübəyə yiyələnəcəklər.

Tədris metodları:

Tədris CIPD, SHRM və digər insan resursları üzrə assosiyasılarının tədris materialları nəzərə alınmaqla və iştirakçıların kursda keçirilən mövzu üzrə qrup halında çalışması, paylama materialları (hand-out) və keys tapşırıqların verilməsi əsasında keçirilir.

Təlimə daxildir:

1. Peşəkar ekspert tərəfindən təlimat
2. Müxtəlif təqdimatlar
3. Praktiki çalışmalar
4. Təlim materialları və dərsliklər
5. Slaydlar
6. Sınaq imtahanları və Nəticə imtahanı
7. İştirak barədə sertifikat
8. Kofe-breyk

Təlimçi: Orxan İsayev
http://barattson.com/en/lecturers/orkhan-isayev

8 ildən çox təcrübəyə malik olan cənab Orxan İsayev insan resurslarının idarə edilməsi, biznes proseslərinin idarə edilməsi, korporativ performans idarəetməsi və strateji idarəetmə sahələri üzrə aparıcı mütəxəssisdir. Bakalavr və Magistratura pilləsini Biznesin İdarə Edilməsi (BBA və MBA) üzrə müvafiq olaraq Qafqaz universiteti və ABŞ-ın Corciya universiteti ilə ortaq proqramı olan ADNA-da bitirmişdir. İş təcrübəsinə xarici şirkətdə başlayan və iş təcrübəsinin 7 ilini idarəetmə üzrə konsaltinq şirkətində HR meneceri və konsultant kimi çalışan Orxan İsayev İnsan Resurslarının İdarə Edilməsi üzrə ölkənin ən böyük şirkəti hesab edilən SOCAR-ın HR infrastrukturunun qurulması layihəsində 3 ilə yaxındır ki, konsultant kimi fəaliyyət göstərir. Həmçinin xaricdə insan resurslarının idarə edilməsi sisteminin qurulması layihəsində HR konsultantı kimi işləmişdir. İnsan Resurslarının İdarə Edilməsi üzrə beynəlxalq CHRM titulunun sahibidir. 5 ildən çox peşəkar təlimçilik təcrübəsinə malik olmaqla Azərbaycanda bir çox holdinqlərə, xarici şirkətlərə və dövlət müəssisələrinə, xüsusilə İnsan Resurslarının İdarə Edilməsi, Soft Skills, Menecment, Strateji İdarəetmə sahələrində təlimlər verir. İnsan resursları üzrə təlim və kurslarda iştirak edən məzunları Azərbaycanda fəaliyyət göstərən xarici və yerli şirkətlərdə insan resursları üzrə müvafiq vəzifələri tuturlar. Almaniyada menecerlərin təlimi proqramı çərçivəsində Azərbaycanı təmsil edən Orxan İsayev Strateji İdarəetmə, Beynəlxlaq İnsan Resursları kimi sahələrdə təlimlər almış və Almaniyanın tanınmış şirkətlərində təcrübə keçmişdir. İnsan resursları üzrə beynəlxalq qurumlarda peşəkar üzv statusuna malikdir. İnsan resursları üzrə beynəlxlaq CIPD qurumunun kursunu davam etdirir. Orxan İsayev “İnsan Resursları və Performansın İdarə Edilməsi” üzrə müxtəlif məqalələrin müəllifidir. Hal-hazırda PhD təhsilini davam etdirir.

Korporativ endirimlər: eyni şirkətdən 2 nəfər - 5%, 3 nəfər - 10%, 4 nəfər - 15%, 5 nəfər - 20%, 6 və daha çox şəxs qatılarsa 25% endirim tətbiq olunur.

Kursda iştirak etmək üçün növbəti linkdə onlayn qeydiyyatdan keçməyiniz xahiş olunur:http://barattson.com/en/webform/online-registration-form

Qeydiyyatdan keçərkən ilk öncə “Business Training” bölməsini, daha sonra “Human Resources” və ardınca “Hiring For Success” başlığını seçməyiniz tələb olunur.

Alternativ olaraq aşağıdakı vasitələrlə bizimlə əlaqə saxlaya bilərsiniz:
office@barattson.com
012-505-44-96/97
070-205-44-96/97
www.barattson.com


Xəbər 880 dəfə oxunub | Tarix: 2016-02-03
Reklam
Reklam
Reklam