Macarıstan universitetlərində təqaüdlə təhsil almaq barədə təqdimat

Logo   BEC"British Educational Centre"-nin təşkilatçılığı ilə 24 yanvar 2016-ci ildə, saat 15:00-da "Macarıstanda Təqaüdlü Təhsil" Seminarı keçiriləcək. Təqdimat Caspian Plazada, 3-cü korpus 11-ci mərtəbədə British Educational Centre şirkətinin ofisində başlayacaq.

Seminar zamanı Macarıstan universitetlərində iqtisadiyyat, maliyyə, biznes, beynəlxalq əlaqələr və diplomatiya, turizm menecmenti, incəsənət, musiqi, rəsm və fotoqrafiya, kompüter mühəndisliyi, tikinti, inşaat, mühəndislik, insan resursları menecmenti və sair ixtisaslarında təqaüdlü təhsil almaq imkanları barədə məlumat veriləcək.

Qeyd edək ki, Macarıstan hökuməti 2015 ildən etibarən 200 azərbaycanlı tələbənin həmin ölkənin dövlət universitetlərində təhsili üçün təqaüd ayırıb. Bu proqram azərbaycanlı tələbələrin Macarıstanda təhsil alması üçün əlverişli şərait yaradır. Macarıstan universitetlərinin diplomları Azərbaycan hökuməti tərəfindən tanınır.

Xatırladaq ki, Macarıstan bir çox üstünlüklərə malik ölkədir. Belə ki, Avropa məkanında ən münasib təhsil və yaşayış xərcləri, daha az sənəd tələb edən və sadələşdirilmiş qəbul şərtləri, Nobel mükafatı qazanmış alimlər və ixtiraçılar yetişdirən ingilis dilli təhsil sistemi Macarıstanı digər ölkələrdən əsaslı şəkildə fərqləndirir.

Təqdimata giriş sərbəstdir. Maraqlananlar əvvəlcədən qeydiyyatdan keçməklə bu təqdimatda iştirak edə bilərlər.Budapest sheherinden menzere (1)
Qeydiyyatdan keçmək üçün tələbələrdən xahiş olunur özlərinin adlarını, soyadlarını və IELTS balını (TOEFL balını göndərmək də mümkündür) info@britishedu.az email ünvanına göndərsinlər və bu nömrələrlə (012) 555 13 30; (055) 280 90 09; (070) 280 90 09) əlaqə saxlayıb qeydiyyatdan keçsinlər. IELTS (və ya TOEFL) balı olmayanlar öz xarici pasportlarını göndərərək qeydiyyatdan keçə bilərlər. Seminara qeydiyyat 23 yanvar saat 14:00-da başa çatacaq.

Təqdimata gələnlərdən 24 yanvar 2016-ci ildə saat 15:00-da Caspian Plaza (Ünvan: Bakı şəhəri, C.Cabbarlı küç 44) 3-cü korpusda 11-ci mərtəbədə yerləşən British Educational Centre-in ofisinə yaxınlaşmaqları xahiş olunur.


Xəbər 789 dəfə oxunub | Tarix: 2016-01-21
Reklam
Reklam
Reklam