İNKİŞAF ÜÇÜN YENİ İDEYALAR

inkishafİctimai Siyasət İnstitutu, "Sosial İnnovasiya Müsabiqəsi -Azərbaycan" -ı elan edir.

Müsabiqə təşkilatçıları inanırlar ki, neft gəlirlərinin azaldığı bir dövrdə ölkənin real inkişafı, vətəndaşların rifahının təmini hər bir sahədə innovasiyalarla, böyük problemlərə kiçik, praktiki həll yanaşmaları gətirməklə mümkündür. O cümlədən, bu prosesdə təkcə dövlət qurumları və böyük şirkətlər yox, hər bir vətəndaşın iştirakı arzu olunandır. "Sosial İnnovasiya Müsabiqəsi - Azərbaycan" məhz bu məqsədlə vətəndaşlara, xüsusilə, ölkədə və xaricdə təhsil almış gənclərə elm, təhsil, texnologiya, turizm, kənd təsərrüfatı, enerji və digər sahələr üzrə ideyalarını cəmiyyətə, dövlət qurumlarına, özəl şirkətlərə və investorlara çatdırmaq imkanı təqdim edir. İnkişaf üçün yeni ideyalar şüarı ilə həyata keçirilən müsabiqənin qalibləri,

1-ci yer üçün 5000,

2-ci yer üçün 3000,

3-cü yer üçün 2000 AZN pul mükafatı ilə mükafatlandırılacaqlar.

Avropa Kommissiyasının mütəmadi olaraq təşkil etdiyi eyniadlı müsabiqədən, eyni zamanda ölkə prezidenti cənab İlham Əliyevin post-neft dövrü inkişaf üçün innovasiyaların əhəmiyyətindən bəhs edən çıxışlarından ilhamlanaraq təşkil edilən müsabiqənin əsas tərəfdaşları arasında bir sıra dövlət qurumları, universitetlər, müxtəlif ölkələrin Azərbaycandakı diplomatik nümayəndəlikləri, məzun şəbəkələri, özəl şirkətlər də təmsil olunurlar.

İştirakçılar öz ideyalarını 22 yanvar tarixindən gec olmayaraq müsabiqənin internet səhifəsi vasitəsi ilə göndərə bilərlər. 

www.sosialinnovasiya.az

Müsabiqənin videosu: 

https://youtu.be/4eQYii7vnJ8


Xəbər 741 dəfə oxunub | Tarix: 2015-12-28
Reklam
Reklam
Reklam