MÜŞTƏRİ ƏLAQƏLƏRİ ÜZRƏ İŞÇİ vəzifəsi

fincajpg“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı, GƏDƏBƏY filialı üçün MÜŞTƏRİ ƏLAQƏLƏRİ ÜZRƏ İŞÇİ vəzifəsinə işçilərin axtarışını elan edir.

“FINCA Azerbaijan” Azərbaycan üzrə 140,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır. 

Məqsəd:

Müştəri Əlaqələri üzrə İşçi təşkilatda ön ofisin xidmət təminatçısı kimi xidmət göstərir, müştərilərin müxtəlif müraciətlərini cavablandırmaqla yüksək keyfiyyətli müştəri xidmətinin təmin olunmasına məsuldur, Kreditvermə Təlimatı və bütün digər aidiyyatı təşkilat prosedurlarında və eləcə də Regional Əməliyyat Menecerləri və Filial Menecerləri tərəfindən müəyyən olunmuş qaydalar çərçivəsində qərarları qəbul edir və zəruri tədbirləri görür.

 

Əsas vəzifə öhdəlikləri:

 

  • FINCA-nın kreditermə biznesinin yüksək keyfiyyət və kəmiyyət üzrə standartlarını təmin edir;
  • Mərkəzləşdirilmiş Kredit Təsdiqetmə komandası tərəfindən təklif olunan kreditlərin idarə olunmasını təmin edir;
  • Təşkilat tərəfindən təklif olunan məhsulların çeşidlərini davamlı olaraq filial ofisində müştərilərə tanıdır;
  • Yüksək keyfiyyətli müştəri xidməti standartları təmin edir;
  • Həvalə edilmiş kredit məhsulları çərçivəsində portfelin, geri ödənişlərin, həmçinin gecikən ödənişlərin idarə olunmasını təmin edir;
  • Digər filial departamentləri/bölmələri ilə yaxşı münasibətin qururlması və səmərəli əməkdaşlığın aparılmasını təmin edir;
  • Lazım olarsa, tələb olunan hesabatları hazırlayır və Filial Menecerinə  təqdim edir;
  • Vaxtaşırı Filial Meneceri tərəfindən verilən digər müvafiq tapşırıqları icra edir.

  

Tələb olunan keyfiyyətlər:

 

  • Ali təhsil (biznes, mühasibat və ya bizneslə əlaqədar hər hansı digər sahədə bakalavr dərəcəsi arzuolunandır);
  • Müştəri xidməti sahəsində təcrübə arzuolunandır;
  • Azərbaycanca sərbəst danışmaq;
  • MS Office proqramları üzrə biliklər, həmçinin yaxşı çap etmə və məlumat daxil etmə bacarıqları;
  • Ehtiyac olarsa, FINCA Azerbaijan filial ofislərinə səfər etmək və ya rotasiya olunmaq imkanı;

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) recruitment@fincaazerbaijan.com">recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№358/15) qeyd etməklə 10 Yanvar 2016-cı  il tarixinədək göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:

 

Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.

Tel: (012) 596 33 85\86\87;

“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.


Xəbər 896 dəfə oxunub | Tarix: 2015-12-28
Reklam
Reklam
Reklam