Vakansiya: PROQRAM TƏMİNATÇISI

fincajpg“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofisində İnformasiya Texnologiyaları departamenti

üçün PROQRAM TƏMİNATÇISI vəzifəsinə işçilərin axtarışını elan edir.

“FINCA Azerbaijan” Azərbaycan üzrə 140,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir

mikromaliyyə təşkilatıdır.

Əsas vəzifə öhdəlikləri:

 Səhvsiz və təhlükəsiz struktura malik, tam və düzgün sənədləşdirilmiş proqram kodu yazmaq.

Sifarişçiləri lazımi sınaqdan keçirilmiş və müvafiq olaraq səhvsiz işləyən kodla təmin etmək;

 Bütövlük və miqyas baxımından performans və təhlükəsizlik üçün optimallaşdırılmış məlumata giriş

səviyyələri ilə uyğunlaşan məlumat bazası sxemini tərtib etmək və qurmaq;

 Yeni proqramların yaradılmasına, eləcə də cari proqramların təhlili və dəstəklənməsinə, daha

səmərəli nəticələr əldə etməyə imkan verən tövsiyələrin verilməsinə, Köhnə (proqram) kodların

nəzərdən keçirilməsi və sazlanmasına məsuliyyət daşımaq;

 Sənədləşmə, blok-sxemlər, sxemlər, diaqramlar, cədvəllər, koda dair şərhlər və dəqiq proqram kodu

yaratmaq yolu ilə proqram təminatının həlli yollarını nümayiş etdirir;

 Əməliyyat hesabatları və analitik hesabatlar üçün istifadəçi barədə tələbləri toplamaq və texniki

xüsusiyyətləri yazmaq.

Tələb olunan keyfiyyətlər:

 Ali təhsil;

 Proqram Təminatı, xüsusilə C#, ASP, ASP.Net, VB.NET, “Object Oriented Programming”

(Obyektyönümlü Proqramlaşdırma) sahəsində yüksək səviyyəli təcrübə;

 Oracle SQL, PL/SQL, T-SQL sahəsində mükəmməl bilik;

 Hesabat sistemləri (MS SQL Reporting Services, Crystal Report, Access, Excel) sahəsində praktiki

təcrübə;

 Oracle Database Server, MS SQL Server sahəsində məlumat xarakterli verilənlər bazasının tərtibi və

bu sahədə dərin bilik;

 Avtomatlaşdırma tələb edən tapşırıqları müəyyənetmə və onları avtomatlaşdırma bacarığı;

 Kompüter tərtibatı üsulları və texnikaları barədə mütəxəssis biliyinə malik olmaq; 

 Yeni proqramlaşdırma dillərini tez öyrənmək bacarığı;

 İsifadədə olan əməliyyat sistemləri sahəsində mütəxəssis biliyi;

 Standart proqramlaşdırma alətləri sahəsində mütəxəssis biliyi;

 Hər hansı bir problemin apparat (hardware), əməliyyat sisteminin proqram təminatı, tətbiqi

proqramlar və ya şəbəkə nasazlığı nəticəsində baş verdiyini müəyyənetmə bacarığı;

 Təhlükəsizlik və şifrələmə sahəsində yetərli biliyə malik olmaq;

 Kompüter və əlaqəli elm sahələrində universitet dərəcəsi olanlara üstünlük verilir;

 Proqramlaşdırma dilləri sahəsində hər hansı sertifikatı olanlara üstünlük verilir;

 Azərbaycanca sərbəst danışmaq. İngilis və ya rus dillərini bilmək arzuolunandır.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV)

recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının

nömrəsini (№332/15) qeyd etməklə 10 Dekabr 2015-ci il tarixinədək göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:

Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.

Tel: (012) 596 33 85\86\87.

“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə

bilərsiniz.


Xəbər 568 dəfə oxunub | Tarix: 2015-11-30
Reklam
Reklam
Reklam