Açıq Dəvət – Mədəniyyət və yaradıcılıq sektorlarında fəaliyyət göstərən təşkilatların təhsil səfəri

567de4af-be8c-4bed-ac8d-25aa74c6e403Avropa İttifaqının Şərq Tərəfdaşlığı Mədəniyyət və Yaradıcılıq Proqramı Şərq Tərəfdaşlığının altı

ölkəsində mədəniyyət və yaradıcılıq sektorlarında fəaliyyət göstərən təşkilatları təhsil səfərində və

tərəfdaşlıq proqramında iştirak etmək üçün ərizə verməyə dəvət edir. Seçilən altı təşkilat

uzunmüddətli mədəni tərəfdaşlığı inkişaf etdirmək üçün 2016-cı ildə altı qabaqcadan seçilmiş Polşalı

həmkarları ilə təlim keçəcək və işləyəcək. Səfərə Polşa Milli Mədəniyyət Mərkəzi ev sahibliyi edəcək

və səfərin bir qismi Vroslavda – Avropa Mədəniyyət Mərkəzində (2016) keçiriləcək.

Altı seçilmiş təşkilat:

1. Workshops of Culture (Lublin)

2. Stefan Jaracz Theatre (Olztin)

3. The C.K. Norwid Culture Centre (Krakov)

4. Bołt Records (Varşava)

5. Art Inkubator/ Fabryka Sztuki (Lodz)

6. The City of Culture Institute (Qdansk)

Bu proqramın məqsədi Polşada və Şərq Tərəfdaşlığı ölkələrində mədəniyyət və yaradıcılıq

sahələrində fəal təşkilatlar arasında uzunmüddətli tərəfdaşlığa start verməkdir. Tərəfdaşlıqlar

Polşanın və Şərq Tərəfdaşlığının təşkilatları arasında əlaqələri dəstəkləyəcək və onlara öz peşəkar

inkişaflarını qarşılıqlı olaraq sürətləndirməyə kömək edəcək.

Proqram alt sektorlara bölünəcək və tərəfdaşlıq fəaliyyətlərinə xüsusi mövzularda təlimat, təcrübə

mübadiləsi, konfranslar kimi qarşılıqlı imkanları yaratmağa yönəlmiş tədbirlər daxil olacaq.

Proqram təlim səyahətinin xərclərini ödəyəcək. Polşa və Şərq Tərəfdaşlığında iştirak edən təşkilatlar

sonrakı əməkdaşlığın xərclərini ödəməli olacaqlar. 

Daha ətraflı məlumat üçün öz ölkənizdə sual-cavab tədbirində iştirak edin

Aİ-nin Şərq Tərəfdaşlığı Mədəniyyət və Yaradıcılıq Proqramı ərzində hər ölkənin ölkə üzrə

koordinatoru qısa qəbul keçirəcək və altı Polşalı tərəfdaşın “Virtual Təlim Səfərini” təqdim edəcək.

Tədbirdə ərizəçilər Polşadan olan hər təşkilatın planları və gələcək fəaliyyətləri haqqında daha ətraflı

məlumat alacaqlar. Burada siz Təlim Səfəri və ümumilikdə Proqram haqqında suallar verə

biləcəksiniz.  Daha ətraflı məlumat üçün Proqramın Facebook  səhifəsini və vebsaytını  ziyarət edin.

Uyğunluq Meyarları

Ərizəçilər üçün meyarlar: Dövlət tərəfindən maliyyələşdirilən dövlət mədəniyyət müəssisələri,

mədəniyyət üzrə özəl və kommersiya müəssisələri, mədəniyyət və yaradıcılıq sektorlarında fəaliyyət

göstərən ictimai təşkilatlar və qeyri-hökumət təşkilatları. 

Necə müraciət etməli

İştirak etmək istəyən müraciətçilər Avropa İttifaqının Şərq Tərəfdaşlığı Mədəniyyət və Yaradıcılıq

Proqramının vebsaytı və Facebook səhifəsindən ərizə formasını yükləməklə elektron ərizə verə

bilərlər.

Son tarix: 7 dekabr 2015

Ətraflı məlumat üçün:

Avropa İttifaqının Şərq Tərəfdaşlığı Mədəniyyət və Yaradıcılıq Proqramının vebsaytına və

Facebook səhifəsinə daxil ola bilərsiniz. 

Polşa Milli Mədəniyyət Mərkəzinin vebsaytını - http://www.nck.pl


Xəbər 643 dəfə oxunub | Tarix: 2015-11-17
Reklam
Reklam
Reklam