Təcrübəçilər üçün Project Managers‘ Club: inşaat sahəsi üzrə biznes-keys

azpmaLayihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası (AzPMA) 31 oktyabr tarixində saat 12.00-da layihə

menecerlərinin 14-cü klub görüşünü keçirəcəkdir. Görüş Beynəlxalq layihə menecmenti gününə həsr

ediləcəkdir.

Görüşün məruzəçisi IPMA level A – sertifikatlaşdırılmış layihələr direktoru, IPMA PPMC – proqram və portfel

layihələr üzrə məsləhətçi, AzPMA-nın asessoru, dünyanın 4 ölkəsində layihələr üzrə böyük təcrübəsi Məzahir

Cəmilov olacaqdır. İlk dəfə olaraq klub üzvlərinə “Gürcüstanda beynəlxalq avtomagistralın inşaatı” biznes-

keysi təqdim ediləcəkdir. Həmçinin, layihə planlaşdırılması, layihədə dəyişikliklərin edilməsi, layihənin yekun

məhsulu və onun dayanıqlığı üzrə məsələlər müzakirə ediləcəkdir.

İştirakçılar üçün məruzəçi ilə şəxsən tanış olaraq maraqlandıran sualları verməyə, diskussiyalarda iştirak

etməyə, eləcə də, beynəlxalq bayram münasibətilə həmkarlarını təbrik etməyə imkan yaranacaqdır.

Görüşün keçirildiyi dil: təqdimat rus dilində, müzakirə və ünsiyyət azərbaycan və rus dillərində olacaqdır.

Giriş pulsuzdur, qeydiyyat mütləqdir: info@ipma.az, tel.+994 12 404 18 60, mob. +99 455 511 95 98

Tarix və zaman: 31 oktyabr, saat 12.00 (davamiyyət 2 saat).

Keçirildiyi yer: Bakı ş., H.Cavid prospekti 25, Azərbaycan Texniki Universiteti, 3-cü mərtəbə, 317-

ci otaq, Layihələrin idarə edilməsi və innovasiyalar Mərkəzi.


Xəbər 650 dəfə oxunub | Tarix: 2015-10-28
Reklam
Reklam
Reklam