Şuranın dəstəyi ilə Vaşinqtonda Qarabağ haqında virtual sərginin və kitabın təqdimetmə mərasimi keçirilib

wasingtonVaşinqtonda, ABŞ Konqresinin binasında www.azerbaijaniartifacts.com virtual sərgisinin

başlanmasına həsr olunan “Azərbaycan mədəniyyətinə səyahət” adlı təqdimetmə mərasimi

keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət

Dəstəyi Şurasının dəstəyi ilə “Qarabağ” Fondu tərəfindən təşkil edilmiş tədbirdə ölkəmizin

mədəni irsinin artefaktları təsvir olunmuş fotoplakatlar, tarixi xəritələr və Ermənistan-

Azərbaycan münaqişəsi dövründə məhv edilmiş eksponatlar nümayiş etdirilib.

Mərasimdə Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfiri Elin Süleymanov,

həmçinin Senat və Konresin rəsmiləri və digər qonaqlar iştirak edib. “Qarabağ” Fondunun rəbəri

Diana Koen çıxışında beş ildir ki, Azərbaycan həqiqətlərini mədəniyyətin təbliği vasitəsi ilə

amerikalılara çatdırmağa çalışdıqlarını qeyd edib. Diana Koen amerikalıların əksəriyyətinin

Azərbaycan mədəniyyəti haqqında məlumatsız olduğunu bildirib. O, Azərbaycanın Ermənistan

tərəfindən işğal olunmuş ərazilərində məhv edilən abidələri haqqında da danışıb: “Biz istəyirik

ki, Konqresdəkilər Azərbaycanı yaxşı başa düşsünlər. Çünki, Azərbaycanın deyəsi sözləri

çoxdur. Bu çox çətindir. Çünki, Konqresdəkilərin fikirləri müxtəlifdir. Amma daha asan odur ki,

amerikalı görsün və Azərbaycan barəsində öyrənsin”.

Ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov Azərbaycanın qərblə şərq arasında körpü

rolu oynayan, mədəniyyətlərarası dialoqun inkişafına böyük töhfə verən ölkə olduğunu

vurğulayıb. Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqda tədbir

iştirakçılarına ətraflı məlumat verərək, işgal altında olan ərazilərimizdəki nadir mədəniyyət

abidələrinin məhv edildiyini diqqətə çatdırıb.

Toplantıda Smitson İnstitutu yanında Asiya Mədəniyyət Tarixi Proqramının direktoru Pol

Maykl Teylorun arxeoloji araşdırmaları və tapıntıları maraqla qarşılanıb. “Boru kəmərləri

dəhlizində keçmiş və gələcək irs: Azərbaycan, Gücüstan, Türkiyə” adlı kitabını tədbir

iştirakçılarına təqdim edən Pol Maykl Teylor nəşrdə Azərbaycan mədəniyyəti ilə bağlı geniş

məlumatların əksini tapdığını deyib: “Bunu işləmək çox çətin idi. Düşünürəm ki, amerikalı olub

başqa ölkə haqqında məlumat toplamaq asan olmur. Mən bu iş üçün Mərkəzi Asiya ölkələrinə

dəfələrlə səyahət etmişəm və muzey işlərini araşdırmışam”.

Qarabağ həqiqətlərini dünyada tanıdacaq bu kitab həm də Konqresin kitabxanasında

saxlanılacaq.


Xəbər 636 dəfə oxunub | Tarix: 2015-10-28
Reklam
Reklam
Reklam