Gənclər üçün Təhsil Mərkəzinin (GTM) İxtisas Planlama Mərkəzi 31 iyul – 10 avqust tarixlərində abituriyentlərə fasiləsiz xidmət göstərəcək.

gtmGənclər üçün Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən İxtisas Planlama Mərkəzi 31 iyul

– 10 avqust tarixlərində abituriyentlərə fasiləsiz xidmət göstərəcək . Mərkəzin icraçı direktoru

Fəxrəddin Həsənzadə bildirilib ki “ Bu gün ölkəmizdə əksər gənclər ixtisas seçimi zamanı

gələcəkdə quracaqları karyera haqqında düşünmürlər . Onlar əsasən seçim etdikləri ixtisası

həmin sahənin nüfuzuna görə təyin edirlər. Bunun nəticəsidir ki, cəmiyyətimizdə bəzi

sahələrdə kadr çatışmazlığı, bəzilərində ilə kadr artıqlığı mövcuddur. Məhz İxtisas Planlama

Mərkəzinin köməkliyi ilə abituriyentlər seçəcəkləri ixtisas haqqında ətraflı məlumat ala, ölkə

daxilində həmin ixtisasa göstərilən tələb ilə tanış olmaqla bərabər, həmçinin ekspertlərin

ixtisas  kodlaşdırma haqqında konsultasiya xidmətindən yararlana biləcəklər”.

Qeyd edək ki, əlavə məlumat üçün abituriyentlər Gənclər üçün Təhsil Mərkəzinin ofisinə,

həmçininixtisasgtm@gmail.com elektron ünvanına onlayn müraciət edə bilərlər.

Müraciətlərə 10 avqust saat 18:00 tarixinədək baxılacaq.


Xəbər 740 dəfə oxunub | Tarix: 2015-08-03
Reklam
Reklam
Reklam