BSA: Azərbaycanda lisenziyasız proqram təminatının istifadə səviyyəsi əvvəlki kimi yüksəkdir

BSA new logoBakı – 31 iyul 2015-ci il. “The Software Alliance” (BSA) təşkilatı 301 saylı xüsusi məruzəsini ABŞ Ticarət

nümayəndəliyinin ofisinə (USTR) təqdim edib. 301 saylı xüsusi məruzə USTR tərəfindən hazırlanan və ABŞ

şirkətlərinin, həmçinin onların məhsullarının digər ölkələrdə əqli mülkiyyət hüquqları üzrə qanunlarına əsasən

ticarət maneələri ilə üzləşməsi hallarının müəyyənləşdirilməsinə dair illik hesabatdır.

BSA təşkilatının USTR-ə təqdim olunmuş illik məruzəsinə əsasən, Azərbaycan “Tərəddüdlü ölkələr”

siyahısında qərarlaşıb. Belə ki, ölkədə lisenziyasız istifadə olunan proqram təminatı üzrə göstəricilər

dünyada ən yüksək səviyyədə (85%) olanlardan biridir.

BSA təşkilatı hesab edir ki, Azərbaycanda əqli mülkiyyət və müəllif hüquqlarının mühafiəsi ilə bağlı tədbirlərin

icrası gücləndirilməlidir. Vəzifəli şəxslərin və cəmiyyətin lisenziyasız proqram təminatı istifadəsinin riskləri və

ölkə iqtisadiyyatı üçün əqli mülkiyyət hüquqlarının qorunmasının vacibliyindən məlumatlı olmalarına

baxmayaraq, ölkədə computer proqramları təminatının piratçılıq səviyyəsi azalmır. BSA təşkilatının üzvləri

tərəfindən satış kanallarından lisenziyasız proqram təminatının müsadirəsi ilə bağlı geniş tədbirlər həyata

keçirilməsinə baxmayaraq, əqli mülkiyyət hüquqlarının mühafiəsində boşluqların olması nəticəsində bir sıra

dövlət təşkilatları, iri, orta və kiçik həcmli müəssisələr hələ də lisenziyasız proqram təminatından istifadə edir.

BSA təşkilatı Azərbaycan hökumətinə əqli mülkiyyət hüquqlarının qorunması və bu istiqamətdə tədbirlərin

nizamlanması ilə bağlı müvafiq qanunların beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi istiqamətində

addımlar atmağı tövsiyə edib. BSA təşkilatının Azərbaycan hökumətinə tövsiyələri sırasında aşağıdakılar

xüsusilə vurğulanıb:

Əqli mülkiyyət hüquqlarının qorunması üzrə qanunvericiliyin icrasını həyata keçirən dövlət orqanları və

agentliklərinə (“ex officio” orqan) müvafiq səlahiyyətlərin verilməsini və lisenziyasız proqram təminatından

istifadənin qarşısını almaq məqsədilə əqli mülkiyyət hüquqlarının pozulmasına görə cərimələrin artırılmasını

təmin edəcək dəyişikliklərin Cinayət Prosessual və İnzibati Prosessual məcəllələrdə əks olunması;

Mülki Məcəllədə kommersiya istifadəçilərinə qarşı effektiv tədbirləri təmin etmək məqsədilə qarşı tərəfə

bildiriş verilmədən tərəflərin birinin müraciəti əsasında axtarış tədbirlərinin keçirilməsini nəzərdə tutan (“ex

parte” araşdırma) dəyişikliklərin edilməsi;

Dəymiş zərərin qarşılanması məqsədilə Mülki Məcəllədə, müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında

qanuna, əqli mülkiyyətin qorunması və computer proqramları təminatının piratçılığına qarşı mübarizə

haqqında qanuna müvafiq düzəlişlərin edilməsi.

Daha ətraflı: http://www.bsa.org/~/media/Files/Policy/Trade/BSA2015Special301.pdf


Xəbər 810 dəfə oxunub | Tarix: 2015-08-03
Reklam
Reklam
Reklam