BAKIDA MACARISTAN UNİVERSİTETİNƏ QƏBUL İMTAHANI KEÇİRİLƏCƏK

hungaryAvropada təhsil almaq istəyən tələbələr üçün 26 iyul 2015-ci il tarixində Macarıstan

Universitetlərinin təqdimatı, təqdimatdan dərhal sonra isə Macarıstanda yerləşən İnternational Business

School universitetinin bakalavr və magistratura pilləsinə qəbul üçün test imtahanı keçiriləcək.

Təqdimat, “F-Group Academy” xaricdə təhsil şirkətinin və Macarıstan universitetlərinin Bakıdakı

rəsmi nümayəndəliyi olan “Study Hungary”nin birgə təşkilatçılığı ilə Xocalı Prospekti 37 ünvanında

(Xətai metrostansiyasının yanında) yerləşən Dəmirçi Plazanın 18-ci mərtəbəsində yerləşən təlim

otağında 26 iyul saat 14:30-da başlayacaq.

Məlumat üçün deyək ki, təqdimata giriş sərbəstdir və həmin gün İnternational Business School

universitetinə test imtahanı vasitəsilə qəbul ödənişsiz aparılacaqdır. Test imtahanında iştirak etmək

istəyənlər öz xarici pasportlarının fotosunu (və ya skan olunmuş elektron formasını) özləri ilə birgə

təqdimata gətirməlidirlər.

Təqdimatda və ya imtahanda iştirak etmək istəyənlər +994552608855, +994505401044,

+994124803890 nömrəsinə zəng etməklə, öz adını və soyadını bildirməklə və ya

fgroupacademy@gmail.com e-mailinə təqdimatda iştirak etmək istəyini yazaraq qeydiyyatdan

keçməlidirlər. Qeydiyyatın son müddəti 25 iyul saat 15:00-a qədərdir.

Təqdimat iştirakçıları 26 iyul saat 14:30-da ilə Xocalı Prospekti 37 ünvanında (Xətai

metrostansiyasının yanında) yerləşən Dəmirçi Plazanın 1-ci mərtəbəsində olan foyesində qarşılanacaq və

təqdimat zalına aparılacaq.

Təqdimatda isə Macarıstanın İnternational Business School universiteti, BKF universiteti,

Dunaujvaros Universiteti və Duna Collage barədə, o cümlədən Macarıstanda azərbaycanlı tələbələrə

göstərilən xidmətlər barədə ətraflı məlumat veriləcək.

Təqdimat zamanı adı çəkilən universitetlərdə iqtisadiyyat, maliyyə, biznes, diplomatiya, turizm

menecmenti, incəsənət, musiqi, rəsm, fotoqrafiya, kompyuter mühəndisliyi, insan resursları menecmenti,

tibbi təhsil üçün hazırlıq kursları, intensiv ingilis dili kursları barədə məlumatlar dinləyicilərin

nəzərlərinə çatdırılacaq.

Xatırladaq ki, Macarıstan universitetlərinin diplomları Azərbaycan höküməti tərəfindən tanınır.

Macarıstan bir ölkə olaraq bir çox üstünlüklərə malikdir. Belə ki, Avropa İttifaqı məkanında ən münasib

təhsil və yaşayış xərcləri, daha az sənəd tələb edən və sadələşdirilmiş qəbul şərtləri, Nobel mükafatı

qazanmış alimlər və ixtiraçılar yetişdirən ingilis dilli təhsil sistemi Macarıstanı digər ölkələrdən əsaslı

şəkildə fərqləndirir.


Xəbər 967 dəfə oxunub | Tarix: 2015-07-22
Reklam
Reklam
Reklam