Hollandiyadakı azərbaycanlı gəncdən nanotexnologiyada uğurlu layihə

h2Hollandiyadakı azərbaycanlı gəncdən nanotexnologiyada uğurlu layihə

Həmyerlimizin layihəsi 2.5 milyon avro məbləğində qiymətləndirilib

Son illərdə xaricdə təhsil alan gənclərimizin uğurları sıralanmaqdadır. Belə uğurlar

arasında daha çox diqqət çəkəni isə bəzi gənclərimizin şirkət açmaları, təqdim

etdikləri layihələrin və ya kəşflərin beynəlxalq şirkətlər tərəfindən

qiymətləndirliməsini göstərmək olar. Belə uğur formulunun sirlərini bilən

gənclərimizdən biri də hazırda Hollandiyada yaşayan Bəhruz Məmmədovdur. Belə

ki, bu günlərdə Bəhruz Məmmədovun həmtəsisçisi və əsas səhmdarlarından

olduğu “Eurekite” şirkəti ABŞ-ın “Cottonwood” investisiya şirkəti tərəfindən 2.5

milyon avro qiymətləndirmədə 1 milyon avro investisiya barəsində müqaviləyə

imzalayıb. Bəhruz Məmmədov gənc yaşında bu uğura imza atmasını belə izah

edib: “Eurekite” şirkəti Niderlanda yerləşir və Avropanın ən böyük

nanotexnologiya institutu olan “Mesa+” Nanotexnologiyalar İnstitutundan törəmə

şirkətdir. Şirkətin əsas istiqaməti nanomaterial əsasında yeni tip elektron cihazları

hazırlamaqdır. Şirkət öz texnologiyalarından istifadə edərək yeni tip temperatura

davamlı sensorların və millimetr dalğa uzunluğunda işləyən radar

texnologiyalarının inkişaf etdirilməsi ilə məşğuldur. Bir çox şirkət verdiyimiz

ideyalar və şirkətimiz haqqında maraqlandı. Bir neçə şirkət öz investisiyalarını

təklif etsə də, sonda “Cottonwood”la anlaşdıq. “Cottonwood” investisiya şirkəti

tərəfindən qoyulan sərmayə şirkətin beynəlxalq səviyyədə partnyorlar tapmasına

və tez bir zamanda məhsulun beynəlxalq bazara çıxmasına zəmin yaradacaq. İlkin

razılaşmaya əsasən bir ildən sonra 10-20 milyon avro arası 2-ci mərhələ

investisiyanın olması gözlənilir. Nanotexnologiya Azərbaycanda inkişaf etməyib,

amma çalışacağam ki, şirkət daha da güclənəndən sonra Azərbaycana da öz

töhfəmi verim”.

Qeyd edək ki, Bəhruz Məmmədov 1987-ci ildə Bakı şəhərində anadan olub. 2004

–cü ildə Gəncə Dövlət Universitetinin Kimya fakültəsinə qəbul olub. Karyerasına

“Buxar” şirkətlər qrupunda kimyaçı vəzifəsində başlayıb. 2009-cu ildə Azərbaycan

Beynəlxalq Mədən Əməliyyat şirkətində kimyaçı kimi çalışıb. Qısa müddətdə

Əməliyyat işləri üzrə mühəndis və istehsalat işləri aparıcı mühəndisi vəzifəsinə

yüksəlib. 2012- ci ildə Niderland Krallığının “Twente” Universitetində Kimya

mühəndisliyi fakültəsində magistr təhsilinə başlayıb. 2014-cü ildə dünyanın ən

böyük kimya şirkəti olan BASF-da nanokatalizatorların sintezi üzrə mühəndis

köməkçisi vəzifəsində çalışıb. 2014-cü ilin oktyabr ayında həmtəsisçi olaraq

“Eurekite” şirkətinin əsasını qoyub. O, hazırda “Eurikte” şirkətinin əsas

səhmdarlarından biri olmaqla yanaşı, maliyyə və əməliyyat işləri üzrə direktor

vəzifəsində çalışır.

Bəhruz Məmmədov ilk azərbaycanlı gəncdir ki, nanotexnologiya sahəsində

beynəlxalq şirkətin əsasını qoyub. DJB-nin İdarə Heyətinin üzvü olan Bəhruz

Məmmədov Azərbaycanla bağlı keçirilən beynəlxalq tədbirlərdə də ölkəmizi

uğurla təmsil edir.

DJB-nin mətbuat xidməti

h1

 

 

 

 

 

 

 

 

 

 

h5

h4

 

 

 

 

 

 

 

 


Xəbər 849 dəfə oxunub | Tarix: 2015-07-09
Reklam
Reklam
Reklam