Tender: Uşaq bağçasının həyətinin hasarlanması və oyun meydançasının qurulması

eastwestŞərq-Qərb İdarəçilik İnstitutu, Inc. /Sosial-İqtisadi İnkişaf Fəaliyyətləri

Tender üçün Müraciət (TüM)

Buraxılış tarixi: 08 iyul 2015

Şərq-Qərb İdarəçilik İnstitutu, Azərbaycanda həyata keçirdiyi  Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycan Hökuməti tərəfindən birgə maliyyələşdirilən, beş illik Sosial-İqtisadi İnkişaf Fəaliyyəti layihəsi çərçivəsində “Goranboy rayonu Qaradağlı İcmanda Uşaq bağçasının həyətinin hasarlanması və oyun meydançasının qurulmasıİcma Əsaslı Sosial-İqtisadi Layihəsi üçün marağı olan tikinti təşkilatlarını tenderdə iştirak etmək üçün qiymət təklifi təqdim etməyə dəvət edir.

 İş və materialların təsviri, həmçinin “Goranboyrayonu Qaradağlı İcmasında Uşaq bağçasının həyətinin hasarlanması və oyun meydançasının qurulması” layihəsinə dair qiymət təklifləri ilə bağlı təlimatlar aşağıdakı qoşmalarda Tender Paketində verilib.

Qoşma A.  Tender İştirakçıları üçün Təlimatlar

Qoşma B.  Təqdimat məktubu

Qoşma C. Material və əməyin təsviri

Qoşma D. Görnüş 3D – 1

Qoşma E. Görnüş 3D – 2

Qoşma F. Görnüş 3D – 3

Qoşma G. Görnüş 3D – 4

Qoşma H. Görnüş 3D – 5

Qoşma İ. Görnüş 3D – 6

Qoşma J. Baş plan

Qoşma K. Kölgəlik 3D

Qoşma L. Kölgəliyin fasadları

Qoşma M. Kölgəliyin planı

Qoşma N. Tərəzi yelləncək, plan

Qoşma O. Asma yelləncək 3D

Qoşma P. Asma yelləncək, Fasadlar

Qoşma Q. Asma yelləncək, plan

Qoşma R. Hasarların sxemləri

Qoşma S. Karusel 3D

Qoşma T. Karuselin fasadı

Qoşma U. Karusulin plan və fasadı

Qoşma V. Son üç ildə iddiaçının oxşar dəyərli fəaliyyət növləri

 

Tender Paketi ümumi

 (Bu əlavələri elektron ünvandan yükləmək və ya Şərq-Qərb İdarəçilik İnstitutunun AZ 1095, 28 may küçəsi 4/2 ünvanında yerləşən Bakı ofisindən əldə etmək olar.

Qiymət təklifinin təqdim olunması:

Təkliflər iki nüsxədə (orijinal və surəti), ayrıca möhürlənmiş ikiqat iki ədəd zərfdə təqdim edilməlidir. Möhürlənmiş zərflərin üzərində uyğun olaraq “Orijinal” və “Surəti” sözləri və həmçinin təqdim edən təşkilatın ünvanı qeyd edilməlidir. Təkliflərə Tender İştirakçıları üçün  Təlimatlarda (Qoşma A) göstərilmiş tələb olunan bütün sənədlər və imzalanmış Təqdimat Məktubu (Qoşma B) daxildir.

Tender iştirakçılarından xahiş olunur ki, “Tender iştirakçıları üçün təlimatlara” (Qoşma A) xüsusi diqqət versinlər və orada qeyd edilmiş tələb olunan sənədləri təqdim etsinlər. Tələb olunan sənədlərdən hər hansı təqdim edilmədiyi halda təkliflər nəzərə alınmayacaq.

Bütün təkliflər poçt, kuryer yaxud poçtalyon vasitəsilə 28 iyul2015-ci il tarixdə saat 17:00-a kimi təqdim edilməlidir.

EWMI/SEDA

28 may küçəsi, 4/2

Bakı, AZ1095

Bütün təkliflər aşağıdakı göstərilən tərəfə ünvanlanmalıdır:

EWMI/SEDA, Təkliflərə Baxış Komitəsi (TBK)

Ünvanlanan şəxs: Təchizat məsələləri üzrə məsul şəxs.

Telefon, elektron poçt, teleqram yaxud faks vasitəsilə göndərilən qiymət təklifləri qəbul olunmur. Gec təqdim  olunan təkliflər nəzərə alınmayacaq.

Təmir/tikinti sahəsinə səfər:

Tenderdə iştirak etməyə marağı olan şirkətlər təmir sahəsinə səfər edə bilərlər (məcburi deyil).

 Qiymət təklifi zərflərinin açılışı:

Qiymət təklifi zərflərinin açılışı 29 iyul 2015-ci il tarixdə saat 10:00-da EWMI/SEDA-nın Bakı Ofisində yuxarıda qeyd olunmuş ünvanda keçiriləcəkdir. Təşkilatların məsul nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

 Təkliflərə Baxış Komitəsi

Əlaqə telefonu: (012) 493 9453


Xəbər 839 dəfə oxunub | Tarix: 2015-07-09
Reklam
Reklam
Reklam