Press Reliz: Xeyriyyə Konserti

decel balamDəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi xərçəng xəstəliyindən əziyyət çəkən 3 yaşlı Xədicə Cəfərzadə

üçün xeyriyyə konserti təşkil etdi.   Limfa xərçəngi diaqnozu qoyulan 3 yaşlı X. Cəfərzadə hal-hazırda

Ankara şəhərində, Hacettepe Xəstəxanasının Onkologiya bölməsində müalicə olunur.  

Xədicənin döş qəfəsində 10 sm böyüklüyündə cisim aşkarlanıb. Getdikcə artaraq ürəyi sıxır, ürək

ritmini pozur və nəfəs almağına çətinlik yaradır. Ailəsi çarəsiz vəziyyətdədir, maddi imkanları yoxdur.  

Məhz buna görə "Aygun City" Əyləncə Mərkəzində Xədicə üçün xeyriyyə konserti keçirildi.

Konsertdə xeyirxah insanlar, konüllülər, istedadlı uşaqlar, fəal gənclər, təşkilat sədrləri, jurnalistlər,

sənətçilərlə yanaşı, millət vəkili Qənirə Paşayeva da iştirak etdi.

Konsertə giriş sözü ilə başlayan Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzinin rəhbəri Dilşad Musa

Qənirə xanımı çıxış üçün dəvət etdi. Qənirə xanım çıxışında hamını Xədicə bala üçün dəstəyə səslədi.

Millət vəkilinin çıxışından sonra sənətçilər ardıcılıqla mahnı oxuyub, rəqs edərək konsertə davam etdilər.

Konsert zamanı satış güşəsi və xeyriyyə qutusu təşkil olunmuşdu. Toplanan bütün vəsait Xədicənin ailə

üzvünə təqdim olundu.

Dəstək olmaq istəyənlər üçün :

MilliÖndən ödəniş üçün: 

Bank sistemlerindən "BANK RESPUBLİKA"

BİRİNCİ xana: 380194402350064201

İKİNCİ xana: 09628986


Xəbər 948 dəfə oxunub | Tarix: 2015-07-07
Reklam
Reklam
Reklam