Gənclər təşkilatı “Kənd təssərüfatı ili”nə dəstək verir

gtmGənclər üçün Təhsil Mərkəzi “Karyera Planlama Xidməti” layihəsi çərçivəsində Ağcabədi

rayonunda yerləşən iri fermer təsərrüfatı olan “BMS AQRO” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə

əməkdaşlıq müqaviləsi imzalamışdır. Belə ki, Mərkəz bu ildən etibarən sözügedən fermer

təsərrüfatının kadr potensialı ilə təmin edilməsini və onların hazırlanmasını öz üzərinə götürmüşdür.

Görüşdə iştirak edən Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə

2015-ci ilin Azərbaycanda Respublikasında “Kənd təssərüfatı ili” elan olunduğunu, Mərkəzin bu

işdə öz töhfəsini əsirgəmədiyini və görülə biləcəki işlərin əhəmiyyətini vurğulamışdır. Bildirmişdir

ki, Mərkəz bu sahədə bütün fəaliyyətini məhz dövlət başçısı cənab İlham Əliyevin “Azərbaycan

Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” haqqında

Fərmanını rəhbər tutaraq həyata keçirir.

"BMS AQRO" MMC-nin icraçı direktoru Svetlana Məmmədova öz növbəsində bu

əməkdaşlığın Ağcabədi gəncləri üçün faydalı olacağını, həmçinin gənclərin təhsil aldıqları

müddətdə istehsalat təcrübəsi əldə edəcəyini, onlar üçün yeni iş imkanlarının açılacağını

vurğulamışdır.

Qeyd edək ki, Gənclər üçün Təhsil Mərkəzinin həyata keçirdiyi bu əməkdaşlıq heç bir

kommersiya fəaliyyəti daşımayaraq, regionların sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır.


Xəbər 825 dəfə oxunub | Tarix: 2015-07-02
Reklam
Reklam
Reklam