PULSUZ HÜQUQİ YARDIM

Huquqinkishaf İB

“Hüquq və İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-

Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi

“Hüquqi yardıma çatımlığı olmayan şəxslərə hüquq xidmətlərinin təşkili” layihəsi

çərçivəsində aztəminatlı ailələrə, əlillərə, pensiyaçılara, qaçqınlara və məcburi

köçkünlərə pulsuz hüquqi yardım göstərir.

Hüquqi yardım 01 iyun 2015-ci il tarixdən 30 noyabr 2015-ci il tarixədək olan dövrü

əhatə edir və  aşağıdakı formada həyata keçirilir:

-  şifahi və yazılı hüquq məsləhətlərinin verilməsi;

-  hüquq normalarının izahı və qanunvericilikdən çıxarışlar;

-  dövlət orqanlarına müraciətlərin hazırlanması;

-  inzibati orqanların və vəzifəli şəxslərin qanunsuz qərar və hərəkətlərindən

(hərəkətsizliyindən) yuxarı inzibati orqanlara və məhkəmələrə şikayətlərin və ərizələrin

hazırlanması;

Zəruri hallarda Ərizəçilər məhkəmələrdə təmsil olunacaqlar. Məhkəmələrə müraciətlərlə

bağlı notariat xərcləri, dövlət rüsumları və vəkil orderi üçün xərclər “Hüquq və İnkişaf”

İctimai Birliyi tərəfindən qarşılanmır.

Hüquqi yardım üçün (012) 462 46 33 saylı telefona zəng etmək və ya

himerkez@yahoo.com elektron ünvanına yazılı müraciət etmək olar.


Xəbər 4564 dəfə oxunub | Tarix: 2015-06-04
Reklam
Reklam
Reklam