"Qida təhlükəsizliyində şirkətlərin rolunun artırılması"

rTəhsil, Rifah və İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qida təhlükəsizliyində şirkətlərin rolunun artırılması" layihəsi çərivəsində Beynəlxalq İSO 22000:2005 standartı və İSO 19011:2011 standartları üzrə təlimlər keçirəcəkdir. Təlimlərdə ərzaq məhsulu ilə təmasda olan şirkət və müəssisələrin nümayəndələri, eləcə də müvafiq istiqamət üzrə təhsil alan, araşdırma aparan və maraqlanan digər şəxslər iştirak edə bilərlər.

Təlim dinləyicilərinə paylama materialı və iştirakçı sertifikatları veriləcəkdir. Təlimin yeri barədə məlumat öncədən iştirakçılara bildiriləcəkdir. Yerlər məhduddur. İştirak etmək istəyən şəxslərdən qeydiyyatdan keçmələri xahiş olunur. Qeydiyyat triib2004@mail.ru ünvanına iştirakçı barədə məlumat (ad, soyad, ata adı) və əlaqə vasitələrinin göndərilməsi yolu ilə mümkündür.

Təlimin vaxtı: İyul və avqust ayları;

Təlimin dili: Azərbaycan dili;

Təlimin yeri: Bakı şəhəri;

Suallarla bağlı triib2004@mail.ru elektron poçt ünvanı və +994703408230 nömrəli telefonla əlaqə saxlamaq mümkündür.


Xəbər 983 dəfə oxunub | Tarix: 2015-05-19
Reklam
Reklam
Reklam