Videoçarxın Hazırlanması üzrə Tender Elanı

thumb325 20140707034220959Şirkət: Şəffaflıq Azərbaycan

Videoçarxın Hazırlanması üzrə Tender Elanı

"Şəffaflıq Azərbaycan" Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi, Avropa Birliyi tərəfindən dəstəklənən "Milli Şəffaflıq Sisteminin Qiymətləndirilməsi" layihəsi çərçivəsində Korrupsiya barəsində məlumat verən şəxslərin müdafiəsi (Protection of whistleblowers) mövzusunda videoçarxın hazırlanması üzrə müsabiqə elan edir.

Sifarişçi təşkilat: Şəffaflıq Azərbaycan Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi

Təşkilat haqqında: Şəffaflıq Azərbaycan, əsasən, Azərbaycanda korrupsiyanın səbəblərini, formalarını və bu təhlükəli ictimai fenomenin azaldılması yollarını araşdırır, həmçinin korrupsiyanın şahidləri və qurbanları olan sıravi fiziki şəxslərə hüquqi yardım göstərir və hökumət strukturlarına siyasi və qanunvericilik aktlarının hazırlanmasında köməklik göstəririk.

Sifariş: Videoçarxın hazırlanması

Filmin mövzusu: Korrupsiya barəsində məlumat verən şəxslərin müdafiəsi (Protection of whistleblowers)

Filmin təsviri: Bir çox insanlar həyatında korrupsiya faktları ilə qarşılaşırlar. Lakin işdən çıxmamaq, yaxud təzyiqə məruz qalmamaq, eləcə də cəmiyyətin gözlənilən mənfi münasibətindən dolayı insanlar bu faktlara göz yumurlar. Ancaq bəzi insanlar da var ki, vicdanla bu korrupsiya əməllərini ifşa edirlər. İfşa edəndən sonra, o həm iş yerindən qovulur, yaxud təzyiqlərə məruz qalır, bəzi hallarda isə cəmiyyət tərəfindən qınanılır. Bu insanların dövlət tərəfindən qorunmasına ehtiyac vardır. Bu filmin əsas ideyası, korrupsiya faktlarını ifşa etmiş insanların vicdanlı obrazını cəmiyyətə təqdim etmək, eləcə də onların dövlət tərəfindən qorunmasının vacibliyini vurğulamaq olmalıdır.

Film üçün nəzərdə tutulmuş büdcə: 1500 manat

Tenderə müraciət üçün şərtlər:

Filmin qısa ssenarisinin təqdim edilməsi

Müraciət edənin indiyə kimi film sahəsində gördüyü işlərin qısa xronikası

Tenderə müraciət üçün son tarix: 10 Fevral 2014-cü il

Tenderə müraciət üçün elektron ünvan: info@transparency.az 

Əlavə məlumat üçün: 012 497 81 70 və ya 012 596 20 38 nömrələrinə zəng etməklə yaxud da mahammad@transparency.az elektron ünvanına yazmaqla layihə koordinatoru Məhəmməd Muradovla əlaqə saxlaya bilərsiniz.


Xəbər 1444 dəfə oxunub | Tarix: 2015-02-03
Reklam
Reklam
Reklam