Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı qrant müsabiqəsi elan edir

studentfinance 107544977_0BMT-nin İnkişaf Proqramı Avropa İttifaqının Maliyyə dəstəyi əsasında həyata keçirilən “Qeyri hokumət təşkilatlarının potensialının inkişafı əsasında ekoloji idarəetmə sisteminin gücləndirilməsi” layihəsi çərçivəsində qrant müsabiqəsi elan edir. Layihənin əsas məqsədi ölkədə ətraf mühitin qorunması sahəsində fəaliyyət göstərən QHT-lərin potensialının artırılması hesabına ekoloji idarəetmə sistemini gücləndirməkdir.

QHT-lərin layihə təklifini təqdim etməsi üçün son tarix 19 sentyabr 2014-cü il müəyyənləşdirilmişdir.

Qrant layihəsi üzrə ərizə formasını və formanın doldurulması üzrə təlimatı əlavə olunmuş faylda nəzərinizə çatdırırıq.



Xəbər 2532 dəfə oxunub | Tarix: 2014-08-14
Reklam
Reklam
Reklam