Tender Elanı: Poliqrafiya Xidməti

worldvision logo
«World Vision International» humanitar təşkilatının Azərbaycandakı Nümayəndəliyi (WVAz) 1994-cü ildən

fəaliyyət göstərir. Təşkilatın ilkin fəaliyyəti torpaqlarının işğalı nəticəsində doğma yerlərini tərk etmiş və

respublikanın 32 rayonunda çadırlarda, ictimai binalarda, məktəblərdə, yataqxanalarda və digər yerlərdə

məskunlaşmış təqribən 200,000 qaçqın və məcburi köçkülərə ərzaq yardımı ilə başlamışdır. Təşkilat tədricən

fəaliyyət sahəsini genişləndirərək qaçqın və məcburi köçkünlərin yaşayış yerlərinin bərpası və tikintisi,

onların paylanan ərzaqlardan asılılğını azaltmaq məqsədilə mikro-maliyyə fəalliyyətləri, təhsil, səhiyyə və

digər sahələrdə bir çox layihələr həyata keçirmişdir.

«World Vision International» humanitar təşkilatının Azərbaycandakı Nümayəndəliyi poliqrafiya

xidmətlərinin göstərilməsi üzrə tender elan edir. Tələb olunan şərtlər:

1) Broşurların, vizit kartlarının, kitabçaların, zərfələrin, logoların, banerlərin və digər çap

materiallarının keyfiyyətli şəkildə hazırlanması və ünvana çatdırılması;

2) Çap olunmuş sənədlərin üzlənməsi və laminasiya olunması;

Xahiş olunur ki, müraciət edərkən, tarif paketində aşağıdakı məlumatları göstərəsiniz:

1) Broşurların, vizit kartlarının, kitabçaların, zərfələrin, logoların, banerlərin və digər çap

materiallarının sayına görə çap olunması üçün nəzərdə tutulan tariflər;

2) Üzlüklərin müxtəlif dizaynına aid təklif olunan tariflər;

Təkliflərinizi, tariflər də daxil olmaqla şirkətinizin rəsmi blankında əlaqələndirici şəxsin adı və bank

rekvizitlərinizi qeyd edərək möhürlənmiş imzalanmış zərfdə təşkilatımızın iş vaxtı ərzində (bazar

ertəsi – cümə; 09:00-17:00, bayram günləri istisna olmaqla) son tarix 22 avqust 2014-cü il tarixinə

qədər aşağıda göstərilmiş ünvana göndərə bilərsiniz. Təkliflərlə yanaşı, əlavədə olan formanı

doldurub təklif paketinə əlavə etməyinizi xahiş edirik.

Əlaqə üçün məlumat:

«World Vision International» humanitar təşkilatının

Azərbaycan Respublikasındakı nümayəndəliyi

Z. Tağıyev küçəsi, 15/3,

Mənzil 15,16,17; 2-ci mərtəbə

Bakı AZ1005

Tel/Fax: +994 12 437 31 95/493 31 51/498 15 67

Mobil: +994 50 221 18 99


Xəbər 1838 dəfə oxunub | Tarix: 2014-07-17
Reklam
Reklam
Reklam