Təlimlərinin keçirilməsi məqsədilə maraqlı tərəfləri təkliflərini təqdim etməyə dəvət edilir

world vision-resurs.az"World Vision International" humanitar təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyi təlimlərinin keçirilməsi məqsədilə maraqlı tərəfləri təkliflərini təqdim etməyə dəvət edir

"World Vision International" humanitar təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyi "Cənubi Qafqaz Əlilliyi olan Uşaqların Sosial İnteqrasiyası" layihəsi çərçivəsində xüsusiləşdirilmiş peşə və həyat bacarıqları təlimlərinin keçirilməsi məqsədilə maraqlı tərəfləri təkliflərini təqdim etməyə dəvət edir.

Layihənin məqsədi əlilliyi olan gənclərin cəmiyyətə və həyata tam inteqrasiyasi – bərabər təhsil imkanları, mövcud xidmətlərə çıxışı, icmada fəal iştirakını təmin edən mühitin yaradılmasıdır.

Təlimlər Bakı şəhəri Xəzər və Suraxanı rayonlarında yaşayan xüsusi qayğıya ehtiyacı olan və müəssisələri tərk etməyə hazırlaşan gənclər daxil olmaqla 14-29 yaş arası gənclər üçün təşkil olunacaqdır. Təlimlər gənclərin qüsur növü və ağırlıq səviyyəsindən asılı olaraq müxtəlif sahələri əhatə edə bilər. Gənclərin seçilməsi, təlimlərə cəlb olunması seçiləcək təşkilat tərəfindən aparılacaqdır.

Xüsusiləşdirilmiş peşə təlimlərində ümumilikdə 30 nəfər və həyat bacarıqlarına aid təlimlərdə 40 nəfər əhatə olunmalıdır. Qruplarda hər üç kateqoriyaya aid gənclərin birgə iştirakı təmin olunmalıdır.

Təlimlər 01 iyun 2014-cü il – 31 avqust 2015-ci il müddəti ərzində keçirilməlidir.

Təklif məktubunda aşağıdakı məlumat əks olunmalıdır:

Təşkilat barədə

  • Təşkilat barədə qısa məlumat, işçilərin sayı və vəzifələri
  • Təşkilatın adı, ünvanı, əlaqə nömrələri, elektron poçt, əlaqələndirici şəxsin adı, VÖEN sənədinin nüsxəsi
  • Təşkilatın layihə/fəaliyyətləri barədə ətraflı məlumat (adı, əhatə etdiyi illər və ərazi, donor, məbləğ və məqsədi)

Təklif barədə

  • Elana əsaslanaraq təklifin xülasəsi
  • İcra planı/qrafiki
  • ƏDV daxil olub-olmadığı barədə məlumat daxil olmaqla büdcə (yalnız Azərbaycan manatı ilə)

Təklifləri bağlı möhürlənmiş zərfdə 20 may 2013-cü il saat 17.00dək

aşağıdakı ünvana təqdim edə bilərsiniz:

"World Vision International" humanitar təşkilatının

Azərbaycan Respublikasındakı nümayəndəliyi

Bakı şəhəri, AZ1141, H. Cavid pr. 32, mənzil 51, 14-cü mərtəbə

Tel/Fax : (012) 437 31 95, 537 11 31

Əlaqələndirici şəxs: Leyla Bəkirova (İnzibati İşlər üzrə Rəhbər)

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.


Xəbər 2593 dəfə oxunub | Tarix: 2014-05-06
Reklam
Reklam
Reklam