Vətəndaş İştirakçılığı Qrantları (VİQ) üzrə Təklif üçün Müraciət

grants-410x272Şərq-Qərb İdarəetmə İnstitutu (ŞQİİ), İqtisadiyyat və Sənaye Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə sıx əməkdaşlıqda və ÜMİD Sosial İnkişafa Dəstək İctimai Birliyi və Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz (İCNL) ilə strateji tərəfdaşlıq şəraitində, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycan Hökuməti tərəfindən birgə maliyyələşdirilən Azərbaycanda beş illik Sosial İqtisadi İnkişaf Proqramını (SEDA) həyata keçirir. SEDA icma əsaslı infrastruktur layihələrinə dəstək vermək və sosial-iqtisadi strategiyalar və proqramlar üçün prioritetlərin irəli sürülməsində maraqlı tərəflərin iştirakını gücləndirmək yolu ilə Azərbaycanda regional səviyyədə sosial-iqtisadi inkişafa təkan verilməsinə yardım edir. SEDA-nın fəaliyyəti əsasən Quba-Xaçmaz, Aran və Gəncə-Qazax regionlarında həyata keçirilir.

ŞQİİ SEDA Vətəndaş İştirakçılığı Qrantları (VİQ) Proqramının ikinci turunu elan etməkdən məmnundur və Azərbaycan Qeyri-Hökumət Təşkilatlarını (QHT-ləri), regional və mərkəzi hökumət gurumlarına, habelə SEDA-nın hədəf regionlarında kənd və kənd təsərrüfatının inkişafı, ətraf mühitin mühafizəsi, dövlət və kommunal evlərin və yerlərin idarə olunması, ictimai və sosial xidmətlər (su, elektrik enerjisi və isitmə, səhiyyə, yaşlılara dəstək, əmək qabiliyyəti olmayan insanlar üçün xidmətlər və s.), təhsil, məşğulluq, eləcə də peşə təhsili, vətəndaşların yerli və regional səviyyədə qərarların qəbulunda vətəndaş iştirakı da daxil olmaqla, vətəndaşların prioritet sosial-iqtisadi məsələlərin həllinə yönəldilmiş təşəbbüsləri üçün yaradıcı və yenilikçi layihə təkliflərini təqdim etməyə dəvət edir.

Vətəndaş İştirakçılığı Qrantları (VİQ) əsasən Quba-Xaçmaz, Aran və Gəncə-Qazax regionlarında yerləşən Azərbaycan QHT-lərə şamil olunur. Bakıda yerləşən digər təşkilatların təkliflərinə müstəsna hallarda: (i) həmin təşkilatların Quba-Xaçmaz, Aran və Gəncə-Qazax regionlarında aktiv fəaliyyətdə olan yerli şöbəsi olarsa, və yaxud (ii) həmin təşkilatların bu üç hədəf regionda uğurlu fəaliyyət təcrübəsi varsa, baxıla bilər. ŞQİİ SEDA QHT-ləri, xüsusən, kiçik QHT-ləri birgə güclü təkliflər verə biləcək koalisiya (birlik) və şəbəkələr yaratmağa həvəsləndirir. ŞQİİ SEDA Vətəndaş İştirakçılığı Qrantı ilə hal-hazırda işləyən QHT-lər müraciət edə bilməz. Vətəndaş İştirakı Qrantları üçün təkliflərə aşağıdakı hallarda üstünlük veriləcəkdir: (i) QHT-lər, hökumət, media və vətəndaşlar arasında sosial-iqtisadi inkişaf məsələləri üzrə əməkdaşlığın artırılmasına aparan təşəbbüsləri təklif etsin (ii) Müvafiq məsələlərin ictimaiyyət tərəfindən geniş şəkildə anlaşılması və onların həllində iştiraklarını təmin etmək məqsədilə ictimai yayım fəaliyyətlərini də təklif etsin.

VİQ qrantının məbləği: 5,500 - 11,750 AZN
Layihənin müddəti: 1 ilə qədər.
İzahat üçün sualların son qəbul tarixi: 12 may, 2014-cü il saat 16:30.

Sualların cavablandırılması tarixi, Quba-Xaçmaz reqionu: Cümə axşamı, 15 may, 2014, saat 11:00

Sualların cavablandırılması tarixi, Aran reqionu: Çərşənbə axşamı, 20 may, 2014, saat 14:00

Sualların cavablandırılması tarixi, Qəncə-Qazax reqionu: Çərşənbə, 21 may, 2014, saat 10:30

Ərizələrin qəbulu üçün son tarix: Cümə axşamı, 29 may, 2014, saat 16:30.

Müraciətlər Azərbaycan və İngilis dillərində təqdim olunmalıdır.

VİQ proqramı üçün ərizə formaları və əlavə məlumatları: (i) grants@ewmi-seda.org elektron poçt ünvanına elektron müraciət məktubu göndərməklə, (ii) Bakı şəhəri, 28 may küçəsi 4, mənzil 2 ünvanında yerləşən ŞQİİ SEDA ofisindən iş saatları ərzində əldə etmək olar. Əlavə məlumat üçün SEDA Layihə və Qrant Meneceri Oleq Əmrahova: oamrahov@ewmi-seda.org elektron poçtuna yazmaq və ya (+994 12) 493 94 53 telefonla zəng etməklə əldə edə bilərsiniz.

ƏTRAFLI MƏLUMAT


Xəbər 2716 dəfə oxunub | Tarix: 2014-04-30
Reklam
Reklam
Reklam