Tender - Ofis dəftərxana ləvazimatlarının, təsərrüfat və yeyinti malları təchizi

 

world vision-resurs.az

"World Vision International" humanitar təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyi Sizləri ofis dəftərxana ləvazimatlarının, təsərrüfat və yeyinti malları təchizi məqsədilə keçirilən tenderdə iştirak etməyə dəvət edir.

Tələb olunan şərtlər:

  • Dəftərxana ləvazimatlarının, təsərrüfat və yeyinti malları təchizi;
  • Ofisin printerlərinin kartriclərinin doldurulması;
  • Təchiz edilən ləvazimatların yüksək keyfiyyətli olması;
  • Təchiz edilən ləvazimatların sərfəli qiyməti olması;
  • Pulsuz və vaxtında çatdırılma;
  • Ödənişlərin bank vasitəsi ilə həyata keçirilməsi imkanı;
  • İstifadəyə yararsız malların geri qaytarılması imkanı;

Yuxarıda sadalanan hər bir tələbat üzrə məlumat bildirməyiniz mütləqdir (xidmətin mövcud olub-olmadığını bildirən).

Tenderdə iştirak etmək istəyinizi bildirən kifayət qədər ətraflı yazılmış maraq məktubunuzu və Sizə göndərilmiş tələb olunan məhsulların siyahısını tam olaraq doldurub şirkətinizin rəsmi blankında əlaqələndirici şəxsin adı və bank rekvizitlərinizi qeyd edərək möhürlənmiş imzalanmış zərfdə təşkilatımızın iş vaxtı ərzində (bazar ertəsi – cümə; 09:00-17:00, bayram günləri istisna olmaqla) təqdim etməyiniz xahiş olunur.

"World Vision International" humanitar təşkilatının
Azərbaycan Respublikasındakı nümayəndəliyi
Bakı şəhəri, AZ1141, H. Cavid pr. 128, mənzil 51, 14-cü mərtəbə
Tel/Fax : (012) 437 31 95, 537 11 31
Tender üzrə əlaqələndirici şəxs: Leyla Bəkirova (İnzibati İşlər üzrə Baş Mütəxəssis)

Yalnız dövlət qeydiyyatına alınmış şirkətlərin təklifləri nəzərə alınacaq.
Təkliflər 27 mart 2014-cü il saat 17:00-dək qəbul olunacaq.

Əlavə fayl 1


Xəbər 510 dəfə oxunub | Tarix: 2014-02-19
Reklam
Reklam
Reklam